AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT VƏ YERLİ ÖZÜNÜİDARƏETMƏ ORQANLARININ QARŞILIQLI FƏALİYYƏTİ SİSTEMİNİN FORMALAŞDIRILMASININ BAŞLICA İSTİQAMƏTLƏRİ
Son illərdə Azərbaycan Respublіkasının dövlət quruculuğu sahəsində yeni ictimai münasibətlərə, yeni dövlət idarəçiliyi sisteminə keçid prosesi baş verir ki, bu da özünü bilavasitə əsas idarəetmə subyektlərinin qarşılıqlı fəaliyyətinin yeni tipinin formalaşması, idarəetmə sisteminin qeyri-mərkəzləşdirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyət hədlərinin dəqiqləşdirilməsi kimi problemlərin həllində büruzə verir. Bu isə hər şeydən əvvəl, dövlət idarəetməsinin təkmilləşdirilməsini, dövlət-idarəetmə münasibətlərinin iştirakçılarının statusunun onların vəzifələrinə uyğunlaşdırılması məsələlərinin həll olunmasını nəzərdə tutur.
More...